İngiliscədən tərcümədə ERP (Enterprise Resource Planning) Müəssisə Resurslarının İdarəolunması mənasını verir. ERP hesabatlara, satışlarıa, mal qalığına, layihələrin idarə olunmasına, risklərin dəyərləndirilməsinə vəs. kimi biznes proseslərinə vahid bazadan nəzarət etmək imkanı verən proqram təminatıdır.
ERP sistemi ənənəvi planlama metodlarına görə bir çox üstünlüklərə malikdir. Əsas üstünlükləri effektivliyin artırılması, məlumatların etibarlı müdafiəsi, proqnozlaşdırma imkanlarının geniş olması, əməliyyatların rahat aparılması və xərclərin azalmasıdır.
ERP sistemləri öz daxilində birdən çox modulu birləşdirən ümumi anlayışdır. Bura HRM, CRM, maliyyə menecmenti, istehsalat, anbar, satınalma vəs kimi modullar daxildir. Bu modullar müəssisənin fəaliyyət sahəsi, ehtiyac və tələblərinə uyğun olaraq müəyyən edilir.
“MACIS CONSULTING” MMC-nin təqdim etdiyi proqram təminatı biznes proseslərinizi avtomatlaşdıraraq sizi kağız işlərindən xilas edəcək. Bizim innovativ həllərimiz sayəsində siz istənilən vaxt və istənilən yerdə, biznes proseslərinizlə bağlı bütün məlumatları anında əldə edərək tez bir zamanda lazımi qərarqəbuletmə aktını reallaşdıra bilərsiniz.
Müştərilər haqqında daha çox məlumata sahib olmaq gələcək fəaliyyətdə
uğurlu addımlar atmağın əsas prinsipidir. Məhz ona görə də CRM
sistemləri sayəsində öz müştəriləriniz və ya potensial müştərlərinizlə
əlaqələri nizama sala və əlaqələri idarə edə bilərsiniz.