Şirkətlər məhsul və xidmət təminatını həyata keçirmək üçün tenderlərdə iştirak etməli olur. Tenderlərdə iştirak etmək böyük perspektivlərə açılan qapı rolunu oynayır. Bəzən sadəcə bir uğurlu tender biznesin yüksəlişini təmin edə bilir.
Tenderlərə hazırlıq prosesinin ən mühüm mərhələsi tender sənədlərinin hazırlanması mərhələsidir. Bu sənədlər şirkətin tenderdə iştirakının təsdiqlənməsinə, dəyərəndirilməsinə və sövdələşmənin nəticələrinə təsir edir. Sənədlərin qaydasında olmaması tenderdə iştirakdan kənarlaşdırılmaqla yekunlaşan mənfi nəticələrə yola açır.
Tenderlərin rəsmiləşdirilməsi prosesi diqqət, ciddiyət və qanunverciliyə yaxşı bələd olmağı tələb edir. Şirkətimiz çoxillik təcrübəsinə dayanaraq tenderlərdə iştirak etmək istəyən sahibkarlara. tenderlərə hazırlıq prosesində peşəkar şəkildə dəstək olur.
Təqdim etdiyimiz tenderlərə hazırlıq xidməti şirkət balansının çıxardılması, müvafiq cədvəllərin hazırlanması, uyğun bitmiş işlər üzrə sənədlərin toplanması, bank təminatının alınmasına qədər bir çox zəruri addımları əhatə edir.
Bizim təcrübəli komandamız tenderlərdə uğurlu iştirakınız üçün bütün zəruri sənədləri doğru formada hazırlamaq və qanunvericiliyin tələbləri çərçivəsində rəsmiləşdirməni vaxtında həyata keçirməkdə ixtisaslaşıb.